BAKI, 18 dekabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin gələn həftə Müdafiə Nazirliyi kollegiyasının genişləndirilmiş iclasında iştirak edəcək. Bunu jurnalist Pavel Zarubin özünün “Telegram” kanalında bildirib.
Bundan başqa, dövlət başçısının iş qrafikində Minskə səfəri, dövlət mükafatlarının təqdimatı və müasir şəraitdə gənclər siyasətinin həyata keçirilməsinə dair Dövlət Şurasının iclası nəzərdə tutulub.