BAKI, 18 dekabr - Sputnik. Papa Fransisk hesab edir ki, Ukraynadakı münaqişə “dünya müharibəsidir” və tezliklə bitməyəcək.
APA xəbər verir ki, o, bu fikri bazar günü İspaniyanın ABC qəzetinə müsahibəsində bildirib.
“İndi Ukrayna prezidenti Vladimir Zelenski üçüncü dəfədir ki, dini müşavirlərindən birini mənim yanıma göndərir. Mən əlaqə saxlayıram, qəbul edirəm, kömək edirəm”, - deyə pontifik bildirib.
“Mən qısa müddətdə münaqişənin sonunu görmürəm, çünki bu, dünya müharibəsidir”, - o, sözünə davam edib.
"Artıq müharibədə bir neçə əl var", deyən Papa hesab edir ki, "burada bir çox maraqlar mövcuddur".