DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyada koronavirusa yoluxanların sayı 653 milyona çatır

Otuz milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.
Sputnik
BAKI, 18 dekabr - Sputnik. Dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 652,85 milyona çatıb.
"Report" xəbər verir ki, bu barədə hesablamanı ABŞ-ın Cons Hopkins Universiteti aparıb.
Virusun yayılmasından indiyədək 6,66 milyon insan koronavirusdan dünyasını dəyişib.
Otuz milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.