HADİSƏ

Biləsuvar ərazisində qəza olub, çoxlu sayda yaralı var

Biləsuvarda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub
Sputnik
BAKI, 18 dekabr - Sputnik. Biləsuvar rayonunda yol nəqliyyat qəzası baş verib, xəsarət alanlar var.
APA-nın verdiyi məlumata görə, hadisə köhnə Ələt - Astara magistralında qeydə alınıb.
Yük avtomobili ilə sərnişin mikroavtobusunun toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Yaralananlar Yardımlı rayon sakinləri, 1956-ci il təvəllüdlü Səmədxan Abdullayev, 1961-ci il təvəllüdlü Veysəl Xəlilov, 1977-ci il təvəllüdlü Nazim İmanov, Biləsuvar rayon sakinləri, 1996-cı il təvəllüdlü Amina Mehralıyeva, 2017-ci il təvəllüdlü İbrahim Əliyev və Sabirabad rayon sakini, 1947-ci il təvəllüdlü Sərədxan Əliyevdir.
Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda onların müalicəsi rayon xəstəxanasında davam etdirilir.