BAKI, 18 dekabr-Sputnik. Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 29,4 faiz artaraq noyabrın 1-nə milli valyuta ekvivalentində 11 milyard 500 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 61,4 faizi milli, 38,6 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 15,5 faiz artıb.
Xatırladaq ki, Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 27,0 faiz artaraq 2022-ci il oktyabr ayının 1-nə milli valyuta ekvivalentində 11225,7 milyon manat təşkil edib.
Əmanətlərin 60,8 faizi milli, 39,2 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 14,2 faiz artıb.