BAKI, 18 dekabr - Sputnik. “Kanada xarici işlər idarəsinin Laçın yolunun açılması ilə bağlı qərəzli bəyanatını rədd edirik”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Twitter səhifəsində paylaşım edib.
Paylaşımda qeyd olunub ki, "Kanada yaxşı olardı ki, Ermənistanı Laçın yolundan qeyri-qanunu hərbi və iqtisadi məqsədlər üçün, eyni zamanda 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların daşınması və Azərbaycanda basdırılması üçün istifadə etməkdən çəkinməyə çağırmaqla sülh prosesinə yardım etsin".