BAKI, 17 dekabr - Sputnik. Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyun keçirilib.
Oyunun qalibi 2:1 hesablı qələbə ilə Avropa təmsilçisi olub.
Oyunun 7-ci dəqiqədəsində hesab açılıb. Xorvatiyalı Yosko Qvardiol Avropa təmsilçisini önə keçirib.
9-cu dəqiqədə isə Mərakeş millisinin heyətində yer alan Əşrəf Dari hesabı bərabərləşdirib - 1:1.
Qarşılaşmanın 42-ci dəqiqəsində Avropa təmsilçisi yenidən önə keçib - 2:1. Bu dəfə Xorvatiya millisinin oyunçusu Mislav Orsiç fərqlənib.
Beləliklə, Avropa təmsilçisi fasiləyə 2:1 hesabı ilə öndə yollanıb.
Oyunun sonuna qədər hesab dəyişməyib. Beləliklə, Xorvatiya millisi 2022-ci il Dünya Çempionatını 3-cü yerdə başa vurub.
Beləliklə, Xorvatiya seçməsi tarixində ikinci dəfə mundialın bürünc medalına sahib çıxıb. Milli 1998-ci ildə də eyni uğura imza atmışdı.
Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina və Fransa yığmaları üz-üzə gələcəklər. Dekabrın 18-də oynanılacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
***
Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda oyununda üz-üzə gələcək Xorvatiya və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacıblar.
Xorvatiya: 1. Dominik Livakoviç, 20. Yosko Qvardiol, 2. Yosip Stanisiç, 24. Yosip Şutalo, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 7. Lovro Mayer, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 14. Marko Livaya, 18. Mislav Orsiç
Mərakeş: 1. Yassin Bunu, 18. Vavad el Yamiq, 2. Əşrəf Hakimi, 25. Yəhya Attiat-Allah, 20. Əşrəf Dari, 4. Sofyan Amrabat, 23. Bilal El Xannus, 7. Hakim Ziyeş, 11. Abdelhamid Sabiri, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesir
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.