RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya Silahlı Qüvvələri Ukrayna hədəflərinə irimiqyaslı raket zərbələri endirib

Kütləvi zərbə sayəsində Rusiya hərbçiləri xaricdən Ukraynaya silah və sursatların ötürülməsinə mane olublar.
Sputnik
BAKI, 17 dekabr - Sputnik. Rusiya Silahlı Qüvvələri Ukrayna hədəflərinə irimiqyaslı raket zərbələri endirib.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Cümə günü, dekabrın 16-da Ukraynanın hərbi komandanlıq və idarəetmə sistemlərinə, hərbi-sənaye kompleksinə və energetika obyektlərinə yüksək dəqiqlikli uzaqmənzilli hava və dəniz silahları ilə kütləvi zərbələr endirilib”, - xəbərdə deyilir.
Bütün təyin edilmiş obyektlərin vurulduğu dəqiqləşdirilir. Kütləvi zərbə sayəsində Rusiya hərbçiləri xaricdən Ukraynaya silah və sursatların ötürülməsinə mane olub, Ukrayna ehtiyatlarının döyüş bölgələrinə keçməsinin qarşısını alıb. Bundan əlavə, Ukrayna müdafiə müəssisələrinin işini dayandırıblar.
Nazirlik həmçinin qeyd edib ki, raket hücumu zamanı Ukraynanın hava hücumundan müdafiə sistemləri saxta hədəflər tərəfindən yayındırılıb və bununla da öz resurslarından onların özünə qarşı istifadə edilib. Eyni zamanda, qeyri-peşəkarlıq ucbatından Ukraynanın hava hücumundan müdafiə ekipajları yerdəki mülki obyektlərə ziyan vurublar.
Öz növbəsində rus qoşunları Dnepropetrovsk və Zaporojye vilayətlərində S-300 zenit-raket komplekslərinin dörd radar stansiyasını müəyyənləşdirərək məhv edə biliblər.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb. Bunun üçün, dövlət başçısının bəyan etdiyi kimi, Ukraynanın demilitarizasiyası və denazifikasiyası, DXR və LPR-də “mülki əhaliyə qarşı qanlı cinayətlərə” görə məsuliyyət daşıyan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.