DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran uranın zənginləşdirilməsini ən yüksək səviyyəyə çatdırıb

Məhəmməd Eslami deyib ki, İranın uranın zənginləşdirilməsi qabiliyyəti əvvəlki səviyyələri iki dəfə artırmaqla ölkənin nüvə sənayesi tarixində ən yüksək səviyyəyə çatıb.
Sputnik
BAKI, 17 dekabr - Sputnik. İran uranın zənginləşdirilməsi tempini tarixində ən yüksək səviyyəyə çatdırıb.
Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami deyib.
Onun sözlərinə görə, uranın zənginləşdirilməsi göstəriciləri əvvəlkiləri iki dəfədən çox üstələyib.
"Bu gün İranın uranın zənginləşdirilməsi qabiliyyəti əvvəlki səviyyələri iki dəfə artırmaqla ölkənin nüvə sənayesi tarixində ən yüksək səviyyəyə çatıb”, - deyə Tasnim onun sözlərindən sitat gətirib.
Eslaminin bəyanatı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) ekspertlərinin İslam Respublikasına planlaşdırılan səfəri ərəfəsində verilib.
Dekabrın 14-də İran tənzimləyicisinin rəhbəri yaxın vaxtlarda MAQATE nümayəndələrinin Tehrana səfər edəcəyini bildirib.
Həmin gün “Əl Ərəbiyyə” telekanalı MAQATE sözçünün bəyanatına istinadən xəbər verib ki, agentlik ekspertlərindən ibarət qrup dekabrın 18-də Tehrana gedəcək.