AZƏRBAYCAN XƏBƏRLƏRİ

FHN il ərzində görülmüş işlərlə bağlı hesabat verib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazirliyin inzibati binasında təntənəli iclas keçirilib
Sputnik
BAKI, 16 dekabr — Sputnik. FHN-in Xüsusi riskli xilasetmə qrupları yol-nəqliyyat qəzası, silah-sursat aşkarlanması, intihara cəhdin qarşısının alınması, mənzildə köməksiz vəziyyətdə qalma, liftdə qalma və s. xarakterli olmaqla 1423 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər.
Bu barədə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov nazirliyinin 17-ci ildönümü münasibətilə keçirilən təntənəli iclasda çıxışında deyib. Nazir bildirib ki, fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 463-ü uşaq olmaqla 1667 nəfər zərərçəkmiş xilas edilib, 37 nəfər zərərçəkmişə ilkin yardım göstərilib. Həmçinin, xilasedicilər tərəfindən 92 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən 134 nəqliyyat və digər qəzalara çıxışlar olub, 270 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 46 nəfərin cəsədi avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, 16 partlayış hadisəsi ilə əlaqədar çıxışlar olub, dağıntılar altında qalaraq xəsarət almış 22 nəfər hadisə yerindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazir bildirib ki, cari ildə respublikada 15810, o cümlədən Bakı şəhərində 4118, işğaldan azad olunmuş ərazilərdə isə 308 yanğın hadisəsinə çıxış qeydə alınıb. Onlardan cəmi 9 yanğın yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 48 yanğına çıxış qeydə alınıb. Meşə sahələrində 44 yanğın hadisəsi baş verib. Pambıq sahə və məntəqələrində 19 yanğın zamanı cəmi 3 ton pambıq yanıb, 452 ton pambıq yanğından mühafizə olunub.
Qeyd edilib ki, yanğınların söndürülməsi zamanı 75 dövlət obyekti, 390 özəl obyekt, 305 çoxmənzilli bina, 536 fərdi ev, 458 yardımçı tikili, 288 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 90 nəfərin həyatı real təhlükədən xilas edilib.
Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1169 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Cari il ərzində FHN-in dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 120 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 105 nəfər olmaqla cəmi 225 nəfər xilas edilib.
Qeyd olunub ki, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 58 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.