BAKI, 17 dekabr - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Dünya çempionatı-2022-nin bağlanış mərasimində iştirak edəcəyi gözlənilir.
"Anadolu" bu barədə Türkiyə liderinin administrasiyasıan istinadən məlumat yayıb.
"Anadolu" bu barədə Türkiyə liderinin administrasiyasıan istinadən məlumat yayıb.
"Prezidentimiz Qətər əmirinin dəvəti ilə dekabrın 18-də Dünya Çempionatının bağlanış mərasimində iştirak etmək üçün Dohaya səfər edəcək", - məlumatda deyilir.
Türkiyə lideri mundialın açılış mərasimində də iştirak edib.
Türkiyə lideri mundialın açılış mərasimində də iştirak edib.
Xatırladaq ki, bu gün Dünya Çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyun keçirilib.
Oyunun qalibi 2:1 hesablı qələbə ilə Avropa təmsilçisi olub.
Beləliklə, Xorvatiya seçməsi tarixində ikinci dəfə mundialın bürünc medalına sahib çıxıb.
DÇ-2022-nin finalında Argentina və Fransa yığmaları üz-üzə gələcəklər. Dekabrın 18-də oynanılacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.