NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dünya bazarlarında neft kəskin ucuzlaşıb

Müxtəlif ölkələrin mərkəzi banklarının baza dərəcələrini artırmasından sonra neftin qiyməti düşüb.
Sputnik
BAKI, 17 dekabr-Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 2,17 dollar azalaraq 79,04 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 1,82 dollar ucuzlaşaraq 74,29 dollar olub.
Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 dollar, yaxud 2,3% azalaraq 82,82 dollar təşkil edib.
Müxtəlif ölkələrin mərkəzi banklarının baza dərəcələrini artırmasından sonra neftin qiyməti düşüb.
Dekabr iclasında ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini gözlənildiyi kimi illik 4,25-4,5% səviyyəsinədək artırıb.
Bundan başqa, Avropa Mərkəzi Bankı və Böyük Britaniya Mərkəzi Bankı faiz dərəcələrini 50 faiz bəndi artıraraq müvafiq olaraq 2,5% və 3,5%-ə çatdırıb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.