BAKI, 17 dekabr - Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov Heydər Əliyev Sarayında keçirdiyi ilin yekunlarına dair konsertində bildirib ki, Beynəlxalq “Jara” festivalı Bakıya qayıdır.
Müğənni layihənin dəqiq tarixlərini gizli saxlayıb.
Qeyd edək ki, “Jara” bu il də ilk dəfə olaraq Özbəkistanda müxtəlif ölkələrin ulduzlarının iştirakı ilə keçiriləcək.
Xatırladaq ki, festival 2016-cı ildən Bakıda Emin Ağalarova məxsus "Sea Breeze Resort"da keçirilir.
"Jara"nın təşkilatçısı məşhur ifaçı və iş adamı tərəfindən qurulan "JARA TV" musiqi kanalıdır.
Festival sonuncu dəfə Azərbaycan paytaxtında 2018-ci ildə təşkil olunub.
2021-ci ildə layihə koronavirus pandemiyası səbəbindən ilk dəfə Moskvada tamaşaçısız keçirilib.