MƏDƏNİYYƏT

Bakıda Türk Filmləri Həftəsi başlayıb

Həftə çərçivəsində Türkiyə kinematoqrafçılarının son illər istehsal etdikləri 7 yeni ekran əsərinin nümayişi baş tutacaq.
Sputnik
BAKI, 17 dekabr - Sputnik. Bakıda Nizami Kino Mərkəzində Türk Filmləri Həftəsinin açılışı keçirilib.
Türk Filmləri Həftəsi 17-21 dekabr tarixlərini əhatə edəcək.
Həftə çərçivəsində Türkiyə kinematoqrafçılarının son illər istehsal etdikləri 7 yeni ekran əsərinin nümayişi baş tutacaq.
Həmçinin gənc kinosevərlər üçün ustad dərsinin təşkili də nəzərdə tutulub (Report).
Qeyd edək ki, film nümayişləri və ustad dərsinə giriş sərbəstdir.