BAKI, 17 dekabr-Sputnik. Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı hava limanına qayıtmaq qərarına gəlib.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildiriblər ki, təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.