BAKI, 17 dekabr - Sputnik. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc edən Fransanın "Le Monde" qəzetini tənqid edib.
Bu barədə diplomat Twitter hesabında yazıb.
""Le Monde" gözünü aç!
- Şuşa-Xankəndi yolu dinc etirazçılar tərəfindən bağlanmayıb, bütün mülki nəqliyyat azad şəkildə hərəkət edir;
- Halbuki Naxçıvan Ermənistana görə Azərbaycandan 30 ildir ki ayrı düşüb (yol bağlanıb)", - Report-un məlumatına görə, səfir qeyd edib.