SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Rumıniyada işgüzar səfərdədir: Mühüm sənədin imzalanması gözlənilir

Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan rəsmiləri "yaşıl" elektrik enerjisinin tədarükü barədə memorandum imzalayacaqlar.
Sputnik
BAKI, 17 dekabr-Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gedib.
Dövlətimizin başçısı "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı keçiriləcək plenar iclasda iştirak edəcək.
Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan rəsmiləri "yaşıl" elektrik enerjisinin tədarükü barədə memorandum imzalayacaqlar.

Daha öncə Azərbaycandan elektrik enerjisi tədarükü üçün Qara dənizin dibi ilə Rumıniyaya kabelin çəkilməsini iki ölkə energetika nazirləri arasında müzakirə olunub.
Macarıstan layihəyə Aİ dəstəyini əldə etmək üçün qoşulub. Layihələrə İttifaq dəstəyi üçün orada iki Aİ ölkəsinin iştirakı mütləqdir.

Bunun əvəzində tədarük ediləcək "yaşıl" enerjinin bir hissəsini öz tələbatı üçün istifadəsini, bir hissəsini isə tranzitlə ərazisindən çatdırılmasını təklif edir.
Aİ Qara dənizin dibi ilə Rumıniyaya ilə kabelin çəkilməsinə 2,3 milyard avro ayırmaq niyyətindədir.