BAKI, 17 dekabr - Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns MKİ-nin Rusiyanın faktiki olaraq taktiki nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlaməti görmədiyini bildirib.
O, bu barədə PBS telekanalına müsahibəsində danışıb.
Börnsün qənaətinə görə, bu mövzu ətrafında gedən bütün söhbətlərin və hərəkətlərin yalnız bir məqsədi var - dünyanı qorxutmaq.
“Düşünürəm ki, silahı gözə soxmaq qorxutmaq məqsədi daşıyır. Bu gün biz taktiki nüvə silahlarından istifadə planlarına dair aydın dəlil görmürük”, - deyə MKİ başçısı bildirib.