RUSİYA

Moskva Türkiyə və Suriya sərhədlərində sabitliyin təmin olunacağına inanır - Rusiya XİN

Rusiya xarici işlər nazirinin müavini deyib ki, Suriya ətrafında vəziyyəti, o cümlədən Suriya-Türkiyə sərhədində vəziyyətin inkişafını yaxından izləyirik.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. Türkiyə və Suriya sərhədində vəziyyət ağırdır, lakin Moskva tərəflərin vəziyyəti sabitləşdirmək üçün səy göstərəcəyinə inanır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
“Biz Suriya ətrafında vəziyyəti, o cümlədən Suriya-Türkiyə sərhədində vəziyyətin inkişafını yaxından izləyirik. Sərhəddə vəziyyət, əlbəttə ki, mürəkkəbdir. Lakin mən hesab edirəm ki, Suriyanın suverenliyi və ərazi bütövlüyünə qəti öhdəlik əsasında tərəflərin narahatlıqlarını nəzərə alaraq, bütün bunlar həll edilə bilər, xüsusən də bundan nəinki iki ölkə faydalanacaq, həm də bütövlükdə bölgədəki vəziyyətə fayda verəcək. Bölgədə sabitlik bundan asılıdır”, - o, “Rossiya 24” telekanalında deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə Rusiya, Türkiyə və Suriya liderlərinin üçtərəfli görüşünün keçirilməsini təklif etdiyini bildirib.