BAKI, 16 dekabr — Sputnik. Etibarlı nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi zəruridir. Bunu Rusiyanın baş naziri Mixail Mişustin bildirib.
O qeyd edib ki, Rusiya bazarı əsas tərəfdaşlarla əlaqələndirilməlidir:
"Etibarlı müasir nəqliyyat logistika dəhlizlərini inkişaf etdirmək lazımdır. Güclü Avrasiya marşrutları qərb və şərq sərhədləri, Rusiya bazarını isə əsas tərəfdaşların bazarı ilə birləşdirməlidir", - o, cümə günü Nazirlər Kabinetinin iclasında bildirib.
Mişustin qeyd edib ki, “Şimal-Cənub” və “Qərb-Şərq” kimi istiqamətlərə diqqət yetiriləcək.