HADİSƏ

Gəncədə bank əməkdaşı futbol oynayarkən vəfat edib

1983-cü il təvəllüdlü Elçin Əhmədov meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib. Daha sonra ona ilkin tibbi yardım göstərilib. Lakin buna baxmayaraq, E.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. Gəncə şəhərində bank əməkdaşı futbol oynayan zaman vəfat edib.
"Report"un məlumatına görə, şəhər sakini, 1983-cü il təvəllüdlü Elçin Əhmədov meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib.
Daha sonra ona ilkin tibbi yardım göstərilib. Lakin buna baxmayaraq, E.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, E.Əhmədov "Access Bank" ASC-nin Gəncə filialının əməkdaşı olub.
Xatırladaq ki, anoloji hadisə bir müddət öncə Nərimanov rayonu ərazisində də baş vermişdi. Həmin rayonda yaşayan Ülvi Musayev stadiona futbol oynamağa gedib. Gərgin oyun ərəfəsində gəncin ürəyi fiziki yükə dözməyib.