İQTİSADİYYAT

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu artıb

On bir aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 335.55 milyon ABŞ dolları ixracın, 10 milyard 409.86 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,9 dəfə, idxal isə 23,1 % artıb.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217.02 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 63,3 % çoxdur. 11 aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 335.55 milyon ABŞ dolları ixracın, 10 milyard 409.86 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Son 1 ildə ixrac 1,9 dəfə, idxal isə 23,1 % artıb.
Son nəticədə xarici ticarətdə 23 milyard 454.08 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,5 dəfə çoxdur.