BAKI, 16 dekabr — Sputnik. Azərbaycan Tibb Universitetində (ATU) Təcili yardım kafedrası yaradılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin rektoru Dr. Gəray Gəraybəyli "Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi" üzrə simpoziumun açılış mərasimində deyib.
O bildirib ki, təcili tibbi yardımın tədrisi artıq proqrama salınıb. Onun sözlərinə görə, təcili yardım sisteminin təkmilləşdirilməsi məqsədilə bir çox addımlar atılıb:
"Bu addımlarda universitet rəhbərliyi də geniş iştirak edir. Bu məqsədlə Tibb Universiteti nəzdində ayrıca Təcili tibbi yardım kafedrası yaradılıb. Gələn ildən tələbələrə təcili tibbi yardım fənni ayrıca tədris ediləcək".
Qeyd edək ki, bundan əvvəl ATU-da İnsan anatomiyası və tibbi terminologiya kafedrası, həmçinin Tibbi mikrobiologiya və immunologiya kafedrası üçün əldə olunmuş yeni bu tip unikal avadanlıqların təqdimatı keçirilib.
ATU tələbələri bu cür mulyajlar üzərində açıq ürək əməliyyatlarına kimi müxtəlif növ əməliyyatların aparılmasını məşq edib öyrənə biləcəklər.