BAKI, 15 dekabr — Sputnik. Rusiyanın hazırkı reallıqlarını və maraqlarını nəzərə alan təkliflər alınarsa, Moskva Ukrayna böhranının həllini müzakirə etməyə hazırdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, təkliflər "icad edilmiş deyil, real" olmalıdır.
Bundan əvvəl "LXR"in Moskvadakı keçmiş səfiri Rodion Miroşnik qeyd edib ki, Ukraynada münaqişə tamamilə tərksilah edildikdə, hərbi təşkilatlar ləğv edildikdə və ölkəyə kənar təsirlər aradan qaldırılanda bitə bilər.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Rusiya qoşunlarının ilin sonuna qədər Ukraynadan çıxarılmasından söhbət gedə bilməz.