BAKI, 15 dekabr — Sputnik. Vaşinqton Kiyevin terror aktlarına, o cümlədən Rusiyadakı hədəflərə raket zərbələrinin endirilməsinə görə məsuliyyətdən yayına bilməyəcək. Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova deyib.
"Praktiki olaraq münaqişənin tərəfinə çevrilmiş Vaşinqton Kiyev rejiminin ABŞ silahlarının vasitəsilə Rusiyanın mülki əhalisinə qarşı törətdiyi ölüm və dağıntılara görə məsuliyyətdən kənarda qalmayacaq", - deyə Zaxarova bildirib.
Diplomatik departamentin rəsmi nümayəndəsi Rusiya Federasiyası ərazisində mülki obyektlərin atəşə tutulmasının Kiyevin ABŞ-ın icazəsi ilə həyata keçirdiyinə diqqət çəkib. O bildirib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrini artilleriya və raket sistemlərini peyk kəşfiyyatı məlumatları ilə təmin edir.
"Amerikalı jurnalistlər açıq şəkildə yazırlar ki, Pentaqon Rusiya ərazisinə pilotsuz təyyarələrin zərbə endirilməsinə yaşıl işıq yandırıb", - Zaxarova bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.