BAKI, 15 dekabr — Sputnik. Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov vəfat edib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bəstəkar 81 yaşında dünyasını dəyişib.
Bildirilib ki, O.Rəcəbovun hansı səbəbdən öldüyü məlum deyil.
Qeyd edək ki, 1941-ci il aprelin 5-də Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb. Ü.Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professoru olub. O, 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir. O.Rəcəbovun uşaq mahnıları 6 məcmuədə çap olunub.