Oyunun sonunda Fransa millisinin azarkeşləri qələbəni, Mərakeş yığmasının azarkeşləri isə məğlubiyyət hisslərini ifadə etmək üçün Paris küçələrinə çıxıblar.
Nəticədə Yelisey meydanında azarkeşlərlə polis arasında qısamüddətli toqquşmalar baş verib. Fransanın cənubundakı Monpelye şəhərində hər iki komandanın azarkeşləri bir-birlərilərinə fişənglər atıblar. Onlar Kannda bir neçə avtomobilə ziyan vurublar, polis gözyaşardıcı qazdan istifadə edib.