BAKI, 15 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiya iqtisadiyyatının məhvi ilə bağlı hesablamalarının həyata keçmədiyini bəyan edib.
"Bu hesablama (Rusiya iqtisadiyyatının çökməsi üçün), gördüyümüz kimi, əslində, hamının gördüyü kimi, baş tutmadı", - deyə dövlət başçısı cümə axşamı Milli Layihələr və Strateji İnkişaf Şurasının iclasında bildirib.
"Rusiya hakimiyyəti məsuliyyətli maliyyə və makroiqtisadi siyasət aparacaq və sosial öhdəlikləri yerinə yetirəcək. Biz növbəti üç ildə təkcə sosial öhdəliklərin tam maliyyələşdirilməsini deyil, həm də ölkənin qarşısında duran yeni vəzifələrin həllini təmin edən məsuliyyətli maliyyə və makroiqtisadi siyasət aparacağıq", - deyə Putin əmin edib.
Daha sonra Putin Rusiyada yoxsulluğun 10,5%-ə endirilməsini kiçik, lakin düzgün istiqamətdə hərəkət adlandırıb.
"Üçüncü rübdə Rusiyada yoxsulluğun səviyyəsi 10,5%-ə düşüb. Təbii ki, bu, kiçik bir hərəkətdir, amma düzgün istiqamətdə hərəkətdir", - deyən dövlət başçısı əlavə edib ki, "əhalinin ən yoxsul hissəsinin gəlirlərinin də nominal ifadədə 27,8% artdığını xüsusi olaraq vurğulamaq istəyirəm. Və bir daha deyim ki, söhbət ən aşağı gəlirli insanlardan gedir ki, bu da qeyri-bərabərliyin səviyyəsini bir az da azaltmağa imkan verib".