RUSİYA

Kreml neftin qiymətinin yuxarı həddi ilə bağlı qərara necə reaksiya verib?

Putin deyib ki, neftin qiymət tavanına cavab olaraq konkret addımları əks etdirən fərman tezliklə veriləcək.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Rusiyadan neftin qiymətinin məhdudlaşdırılması qərarına qarşı çıxmaqla bağlı fərmanı hazır olduqdan sonra dərc ediləcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Putin cümə günü bildirib ki, neftin qiymət tavanına cavab olaraq konkret addımları əks etdirən fərman tezliklə veriləcək. "Vedomosti" sənədin mətni ilə tanış olan mənbəyə istinadən xəbər verir ki, fərman ümumilikdə razılaşdırılıb.
"Fərman hazır olan kimi biz onu dərc edəcəyik", - deyə Peskov fərmanın mətninin razılaşdırılıb-razılaşdırılmaması ilə bağlı sualı cavablandırıb.
Noyabrın 22-də Avropa Komissiyası qeyri-sabitliyi azaltmaq və Aİ vətəndaşlarını və sahibkarlarını qazın qiymətində kəskin sıçrayışlardan qorumaqdan ötrü qaz bazarının tənzimlənməsi üçün müvəqqəti mexanizmin yaradılmasını təklif edib. AK təklif edib ki, iki şərt eyni vaxtda yerinə yetirilərsə, mexanizm işə salına bilər:
"TTF indeksi üzrə aylıq fyuçers müqaviləsinin təxmin edilən qiyməti iki həftə ərzində MVt/saat üçün 275 avronu ötərsə (avro-dollar pariteti ilə, təxminən, 1000 kubmetr qaz üçün 2,8 min dollardan bir qədər çox). TTF qiyməti ilə mayeləşdirilmiş təbii qazın (MTQ) qlobal qiyməti arasındakı fərq isə ardıcıl 10 ticarət günü üçün ən azı €58 təşkil etməlidir".
Mexanizm mövcud olduqda, 275 avrodan yuxarı qiymətə əməliyyatlar aparılmayacaq.
Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl Qərbin Rusiyanın enerji resurslarının qiymətlərini məhdudlaşdırmaq ideyasını şərh edərkən demişdi ki, əgər Rusiya öz maraqlarına zidd olarsa, xaricə heç nə tədarük etməyəcək.