CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DTX hərbçi qulluqçuları və işçilərinin ştat sayı ilə bağlı dəyişikliklər təsdiqlənib

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sputnik
BAKI, 15 dekabr - Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbçi qulluqçularının və qurumun sisteminə işə götürülən işçilərin ştat sayı ilə bağlı dəyişikliklər təsdiqlənib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişikliklərin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
CƏMİYYƏT
Sabiq deputatların və MSK üzvlərinin pensiyalarının indeksləşdirilməsi qaydası dəyişib