BAKI, 15 dekabr - Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi Siyəzən rayonunda 6 nəfərin öldüyü qəzanın necə baş verdiyini açıqlayıb.
İdarənin əməkdaşı polis leytenantı Elvin Hacıyev “Report”a bildirib ki, hadisə bu gün səhər saat 10 radələrində Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlunun idarə etdiyi “Mercedes Viano” markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı sərnişin avtomobili ilə əks istiqamətdən gələn Göyçəliyev Şaiq Məmməd oğlunun idarə etdiyi “DAF” markalı (TIR), 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Nəticədə “Mercedes Viano”nun sürücüsü və 5 sərnişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, ölənlər və yaralılar var.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes Vita" markalı mikroavtobusla TIR toqquşub.
İlkin məlumata görə, 6 nəfərin öldüyü bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.