RUSİYA

Zaxarova: Rusiya BMT Ukrayna hərbçilərinin vəhşilikləri ilə bağlı çağırış edib

Sözçü ümumi vəziyyətlə bağlı danışarkən diqqəti BMT katibliyinin Ukraynadakı hadisələrə birbaşa qiymət verməkdən yayınmağa çalışdığına yönəldib.
Sputnik
BAKI, 15 dekabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsini birbaşa vəzifələri yerinə yetirməyə və Moskvanın Ukrayna hərbçilərinin vəhşilikləri ilə bağlı göndərdiyi materialları araşdırmağa çağırıb.
"Biz mütəmadi olaraq Ukrayna hərbçilərinin vəhşilikləri ilə bağlı ətraflı materiallarımızı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsinə göndəririk. Təəssüf ki, buna qərəzsiz qiymət verə bilmədilər. Yenə də bütün materiallar onlardadır, sadəcə onları emal etmək, müvafiq reaksiya vermək lazımdır, xahiş edirəm, birbaşa vəzifələrinizlə maraqlanın", - Zaxarova Moskvada keçirdiyi brifinq zamanı bildirib.
O, ümumi vəziyyətlə bağlı danışarkən diqqəti BMT katibliyinin Ukraynadakı hadisələrə birbaşa qiymət verməkdən yayınmağa çalışdığına yönəldib.
O, dekabrın əvvəlində Folker Türkün brifinqi zamanı yenə də konkret heç kimi qeyd etmədən hərbi əsirlərə humanist münasibətin tərəfdarı olaraq neytral mövqedən çıxış etdiyini xatırladıb.
Zaxarova qeyd edib ki, Rusiya tərəfinin BMT Katibliyindən tək təkidli tələbi obyektiv olmaqdır.
"Biz bunda israr edirik, söhbət BMT Katibliyinin kimi dəstəkləməsindən getməməlidir. Nəzərinizə çatdırım ki, BMT Katibliyinin vəzifəsi vəziyyətin qiymətləndirilməsində obyektivliyi qorumaqdır", - Zaxarova bildirib.