VİDEO

Türkiyənin hərbi pilotsuz təyyarəsi "Kızılelma" ilk uçuşunu necə həyata keçirib - Video

"Kızılelma"nın ilk tamhüquqlu uçuşlarının 2023-cü ildə başlanması planlaşdırılır.
Sputnik
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın ilk uçuşu baş tutub.
Bu barədə “Baykar”ın baş direktoru Selçuk Bayraktar “Twitter” hesabında bildirib.
"Biz onu yerdə daha çox saxlaya bilmədik. Uçdu!", - deyə Bayraktar Twitter hesabında yazıb.
O, bu paylaşımına pilotsuz təyyarənin havaya qalxması ilə bağlı videonu da əlavə edib.
“Bayraktar Kızılelma”nın ilk tam uçuşlarına 2023-cü ildə başlanacağı planlaşdırılır.
Cihaz 11 kilometrə qədər yüksəklikdə saatda təxminən 630 kilometr sürətlə uça bilir, uçuş müddəti təxminən beş saatdır. Reaktiv mühərriklə təchiz edilmiş “Bayraktar Kızılelma” pilotsuz uçuş aparatı ilk dəfə Türkiyədə bu ilin avqustunda Samsun şəhərində “Teknofest Karadeniz” aerokosmik festivalı çərçivəsində təqdim edilib.
Daha əvvəl bildirilirdi ki, "Bayraktar Kızılelma" qısa uçuş zolağına malik gəmilərdən, o cümlədən Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı - TCG Anadolu-dan havaya qalxa biləcək.