AZƏRBAYCAN XƏBƏRLƏRİ

Sabah Azərbaycanda hava necə olacaq?

Hidrometeoroloqlar rayonlarında sabah havanın əsasən yağmursuz olacağını vəd edirlər.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.