BAKI, 14 dekabr — Sputnik. Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Xatırladaq ki, bu gün Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan dövlət başçısı Sərdar Berdiməhəmmədovun iştirakı ilə Birinci Üçtərəfli Zirvə Görüş keçiriləcək.
Görüşdən sonra sənədlərin imzalanması gözlənilir.