MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyi və DİM arasında memorandum imzalanıb

Nazirlik tərəfindən DİM-in kitabxanasına Şuşanın və Azərbaycanın tarixini əks etdirən kitablar hədiyyə olunub.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Mədəniyyət Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyi və Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri arasında görüş keçirilib.
Görüşdə mədəniyyət naziri Anar Kərimov, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov, eləcə də nazirliyin və DİM-in müvafiq struktur bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.
Anlaşma Memorandumunun imzalanmasının əsas məqsədi sözügedən məktəb və mərkəzlərə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqələrin test imtahanlarının şəffaflığını təmin etmək, sahə üzrə uğurlu beynəlxalq təcrübəni ölkə kontekstinə uyğun olaraq tətbiq etmək, peşəkar kadr bazasının formalaşmasına və sahə üzrə səriştəli şəxslərin pedaqoji fəaliyyətə cəlb olunmasına töhfə verməkdir.
Sonda isə Nazirlik tərəfindən DİM-in kitabxanasına Şuşanın və Azərbaycanın tarixini əks etdirən kitablar hədiyyə olunub.
Xatırladaq ki, görüşdən əvvəl iştirakçılar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey və qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi ilə də tanış olublar.