DÇ-2022

Lionel Messi penalti sayına görə rekordçuların siyahısına düşüb

Argentina yığmasının 35 yaşlı forvardı portuqaliyalı Eysebio və niderlandlı Rob Rensenbrinkə çatıb.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Dünya çempionatları tarixində bir turnirdə ən çox penalti vuran oyunçuların siyahısı açıqlanıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına əsasən, Qətərdəki mundialda dörd 11 metrlik zərbədən istifadə edən Argentina millisinin hücumçusu Lionel Messi rekordçular sırasına düşüb.
Bunlardan yalnız bir cəhdi qola çevirə bilməyən 35 yaşlı forvard portuqaliyalı Eysebio və niderlandlı Rob Rensenbrinkə çatıb. (Report)
Qeyd edək ki, DÇ-2022-nin finalı dekabrın 18-də keçiriləcək.