Argentina millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsində Xorvatiya yığmasını 3:0 hesabı ilə məğlub edib.
Matçdan sonra minlərlə argentinalı millinin uğurunu qeyd etmək üçün dövlət bayraqları ilə Buenos-Ayres küçələrinə çıxıb. Azarkeşlər, əsasən, Buenos-Ayresin mərkəzində yerləşən şəhər Obeliskinə toplaşıblar.
Hər şey polisin azarkeşlərə qarşı gözyaşardıcı qaz tətbiq etməsi ilə başa çatıb. Polis, həmçinin, bir neçə nəfəri həbs edib.
Dohada isə qeyri-rəsmi fan zonasına çevrilən Suk-Vakif bazarına bitişik küçə azarkeşlərlə dolub.
Dünya çempionatının finalında Argentina millisi Fransa-Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.