PAYTAXT XƏBƏRLƏRİ

"Baksol" yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonun "Baksol yolu"nun daha 1100 metrlik hissəsində təmir işlərini yekunlaşdırıb.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. 16 dekabr saat 10:00-dan 18 dekabr saat 22:00–dək Bakı şəhəri, Binəqədi rayonu, "Baksol" yolunda aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonun "Baksol yolu"nun daha 1100 metrlik hissəsində təmir işlərini yekunlaşdırıb. Bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, təmir işləri çərçivəsində 15 min kvadratmetrdən çox sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Sözügedən hissədə zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu, yeni səki daşlarının düzülməsi, köhnə asfalt örtüyünün frezlənməsi işləri aparılıb. Bundan başqa yeni piyada səkiləri inşa edilib, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.
"Baksol yolu"nun 1400 metrlik hissəsində də anoloji işlər aparılıb.
Bu il Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yol təmir edilir.