BAKI, 14 dekabr — Sputnik. "Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Özbəkistana uçuş proqramını genişləndirir və Bakı-Fərqanə-Bakı marşrutu üzrə biletləri satışa çıxarır.
AZAL-dan verilən məlumata görə, aviaşirkət bu şəhərə ilk uçuşunu dekabrın 15-də həyata keçirəcək, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetiriləcək.
Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL həmçinin Özbəkistanın digər iki şəhərinə - Daşkənd və Səmərqəndə uçuşlar həyata keçirir.
AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi saytından www.azal.az, habelə aviadaşıyıcının akkreditə olunmuş agentliklərindən əldə etmək olar.