BAKI, 13 dekabr — Sputnik. Bu gün Rusiya və Türkiyə üçün parlamentlər çərçivəsində əməkdaşlığın qarşılıqlı hörmət, bərabərlik və milli maraqların nəzərə alınması prinsipləri əsasında inkişaf etdirilməsinin davam etdirilməsi vacibdir. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
"Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk Rusiya ilə Türkiyə arasında sülhün bərqərar olması və dostluq əlaqələrinin möhkəmlənməsi üçün çox işlər görüb. Bu gün parlamentlər çərçivəsində qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsi bizim üçün vacibdir", - deyə Volodin bildirib.
Volodinin başçılıq etdiyi Rusiya Dövlət Dumasının nümayəndə heyəti Ankarada rəsmi səfərdədir. Parlamentarilər Rusiya ilə Türkiyə arasında parlamentlərarası əlaqələrin inkişafı məsələlərini müzakirə etmək niyyətindədirlər.