RUSİYA

Rusiya Vaşinqtonda keçiriləcək sammiti yaxından izləyəcək - Rusiya XİN

Sammit ümumi prioritetləri irəli sürmək üçün ABŞ və region dövlətləri arasında əlaqələrin gücləndirilməsinə həsr olunur.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Moskva Vaşinqtonda başlayacaq ABŞ-Afrika sammitini yaxından izləyəcək, lakin bunun Rusiya ilə qitə ölkələri arasında əməkdaşlığa mane ola biləcəyinə inanmır. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov RİA Novosti-yə bildirib.
Dekabrın 13-15-də Vaşinqtonda ABŞ-Afrika Sammiti keçiriləcək. Ağ Ev daha əvvəl bildirib ki, sammit ümumi prioritetləri irəli sürmək üçün ABŞ və region dövlətləri arasında əlaqələrin gücləndirilməsinə həsr olunur.
"Əlbəttə, bizi onların bu sammiti necə təşkil etmələri - məzmun, müzakirələr və yekun sənəd maraqlandırır. Ona görə də biz diqqətlə izləyəcəyik", - o agentliyə müsahibəsində deyib.
Eyni zamanda diplomat qeyd edib ki, sammit Rusiya ilə Afrika ölkələri arasında münasibətlərə mane ola bilməyəcək.
"Çünki sammitləri çinlilər, türkiyəlilər, Avropa Birliyi və bəzi başqa ölkələr keçiriblər. Hesab edirəm ki, bunların hamısı normal işdir, bir çox ölkələr tərəfindən qəbul edilib. Biz indi ikinci belə sammiti keçirəcəyik. Bu, çox faydalı formatdır. Əsas odur ki, bu münasibətlər hansı əsasda qurulur. Biz bərabərlik və qarşılıqlı hörmət əsasında münasibətlər qururuq. Digər ölkələr, xüsusən də Qərb dövlətləri necə iş quracaq, məncə, afrikalılar bunu anlayacaqlar", - deyə diplomat vurğulayıb.