HADİSƏ

Qəzaya düşən müəllimlərdən üçünün vəziyyəti ağırdır - TƏBİB

Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Bakı-Quba yolunda baş verən hadisə ilə əlaqədar 3 nəfərin (hər biri qadın olmaqla) müalicəsinə TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzində davam edilir. Onların vəziyyəti hazırda orta ağırdır.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində xəsarət alan 1 nəfər isə ( kişi olmaqla) Sumqayıt Tibb Mərkəzinə təxliyə olunub.
Qeyd edək ki, xəsarət alanların diaqnozları əsasən döş qəfəsinin küt travması, kürəyin küt travması, sınıqlar, cırılmış yaralar olub.
Xatırladaq ki, bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər. Hadisə nəticəsində bir nəfər (kişi olmaqla) yerində, bir nəfər (kişi olmaqla) isə xəstəxanada dünyasını dəyişib.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib ki, bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.