RUSİYA

Mişustin: Qərbin hərəkətləri Rusiya iqtisadiyyatını məhv etmək məqsədi daşıyırdı

Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, Rusiya prezidentinin tapşırığı ilə hökumətin prioritet tədbirlər planı çərçivəsində həyata keçirdiyi tədbirlər öz səmərəliliyini göstərib.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Qərb ölkələrinin hərəkətləri Rusiya iqtisadiyyatını məhv etməyə yönəlmişdi. Lakin əleyhdarlar Rusiya sisteminin xarici təsirlərə qarşı dayanıqlığını lazımi səviyyədə qiymətləndirməyiblər. Bunu Rusiyanın baş naziri Mixail Mişustin bildirib.
"Qərb ölkələrinin hərəkətləri Rusiya iqtisadiyyatını məhv etməyə və cəmiyyətdə sabitliyi pozmağa yönəlmişdi. Bununla belə, opponentlər sistemimizin kənar təsirlərə qarşı dayanıqlığını, bütün qüvvələrin ona dəstək vermək qabiliyyətini lazımi səviyyədə qiymətləndrməyiblər", - deyə o, Rusiya Federasiyası hökuməti yanında Ekspert şurasının iclasında bildirib.
Mişustin qeyd edib ki, prezidentin tapşırığı ilə hökumətin prioritet tədbirlər planı çərçivəsində həyata keçirdiyi tədbirlər öz səmərəliliyini göstərib.
"Rusiyanın Qərbin sanksiya siyasətinə uyğunlaşması dövrü davam edir, lakin artıq indi deyə bilərik ki, mənfi proqnozlar özünü doğrultmayıb. Biz büdcə sabitliyini qorumağa, əsas sektorlara, ən əsası isə xalqımıza kömək etməyə imkan yaratdıq", - deyə baş nazir bildirib.
"Hazırda cari çağırışlara uyğunlaşma dövrü davam edir. Prezidentin bu yaxınlarda qeyd etdiyi kimi, iqtisadiyyatda tənəzzül var, lakin vəziyyət bir çox başqa ölkələrlə müqayisədə yaxşıdır", - deyə o, sözünə davam edib.
Mişustin qeyd edib ki, İqtisadi inkişaf nazirliyi ilin sonuna ÜDM-in 3%-dən az səviyyədə azalacağını proqnozlaşdırır.
"Əlbəttə, müəyyən ləngimənin qarşısını almaq mümkün deyil. Lakin ilin əvvəlində bir çox həyəcan təbili çalanların güman etdiyi kimi, mənfi ssenarilərin reallaşmadığı artıq göz qabağındadır. Hətta son qlobal böhran zamanı da iqtisadi geriləmə daha ciddi idi. Şərtlər isə, ümumiyyətlə, müqayisə olunmur", - deyə baş nazir sözünü yekunlaşdırıb.