İQTİSADİYYAT

Azərbaycanda avro bahalaşıb, rubl ucuzlaşıb

Bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,3% artaraq 1,7921 manat, Rusiya rublunun məzənnəsi isə 0,7% azalaraq 0,0270 manat təşkil edib.
Qeyd edək ki, məsələn, bu gün üçün Bank VTB (Azərbaycan)-da nağd 1 rublun alışı 0,0260 manat, satışı isə 0,0280 manatdır.
Xatırladaq ki, oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,67 (1,80) manata, 100 rus rubluna 2,76 (2,49) manata bərabər olub.