RUSİYA

Azərbaycan və Rusiya razılığa gəlib - Dmitri Volvaç

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, V.Volvaç Azərbaycanda işgüzar səfərdə olub və oradakı Rusiya nümayəndə heyətinə rəhbərlik edib.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Bu ilin birinci yarısında Rusiyadan Azərbaycana turist axını ötən ilin müvafiq dövrü ilə müqayisədə 55%, əks istiqamətdə turistlərin sayı isə 36% artıb. Bunu Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, V.Volvaç Azərbaycanda işgüzar səfərdə olub və oradakı Rusiya nümayəndə heyətinə rəhbərlik edib.
Nazir müavini cari göstəricilərin daha da artırılmasının və Rusiya Federasiyası ilə Azərbaycan arasında ümumi turizm məkanının yaradılmasının vacibliyini qeyd edib.
İqtisadi İnkişaf Nazirliyindən bildirilib ki, görüş iştirakçıları yaxın vaxtlarda turizm sahəsində birgə yol xəritəsinin hazırlanmasına başlamaq barədə razılığa gəliblər.