BAKI, 12 dekabr — Sputnik. Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Vatikanın Ukrayna münaqişəsi üzrə sülh danışıqları üçün platforma təqdim etməyə hazır olduğunu bir daha bəyan edib.
"Müqəddəs Taxt-tac əvvəldən mümkün olan hər şeyi edir, bütün mümkün təşəbbüsləri irəli sürür. Burada sehrli heç nə yoxdur: hər şey tərəflərin münaqişəyə son qoymaq istəyindən asılıdır", - o, Romada jurnalistlərə deyib.
Vatikan dəfələrlə Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda vasitəçilik etmək arzusunu ifadə edib. Xüsusilə, noyabr ayında Roma Papası Fransisk "la Stampa" qəzetinə verdiyi müsahibədə Müqəddəs Taxt-Tacın münaqişənin sona çatması üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bildirib. Bundan əvvəl o, Ukraynada sülhün mümkün olduğunu bildirib.
"Biz əlçatanıq, düşünürəm ki, Vatikan doğru yerdir. Biz hamı ilə görüşmək və tarazlığı saxlamaq üçün imkanlar təklif etməyə çalışdıq. Biz tərəflərin görüşüb dialoq apara biləcəyi məkan təklif edirik. Məhz onlar işin üsulları və məzmununu müəyyənləşdirməlidirlər", - Parolin bildirib.
Hərbi əməliyyatların dayandırılmasının mümkünlüyündən danışan dövlət katibi bildirib ki, bütün ehtimallara ümid etmək lazımdır.
"Hazırda danışıqlar üçün çox şərtlərin olduğunu görmürəm", - Parolin deyib.