BAKI, 12 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan telefonla Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların icrasını müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti xəbər verir.
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla telefon danışığı olub. Vladimir Putin və Nikol Paşinyan arasında dekabrın 9-da Bişkekdə Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində baş tutan danışıqların davamı olaraq Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında fundamental razılaşmaların həyata keçirilməsi ilə bağlı müzakirələr davam etdirilib", - deyə məlumatda qeyd olunub.
Qeyd olunur ki, Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsinə, eləcə də Cənubi Qafqazda nəqliyyat-logistika, ticarət-iqtisadi əlaqələrin bərpasına dair layihələrə xüsusi diqqət yetirilir.