RUSİYA

Peskov Putinin böyük mətbuat konfransı haqqında: Yeni ilə qədər planlaşdırılmır

Peskov qeyd edib ki, Kreml prezidentin Kremldə akkreditə olunmuş jurnalistlərlə söhbət etmək imkanı tapacağına ümid edir.
Sputnik
BAKI, 12 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Yeni il öncəsi böyük mətbuat konfransı planlaşdırılmır, lakin dövlət başçısının Kremldə akkreditə olunmuş jurnalistlərlə söhbət etmək imkanı tapacağına ümid var.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bəli, yeni ilə qədər olmayacaq", - deyə o, yeni il qabağı dövlət başçısının böyük mətbuat konfransının olub-olmayacağı sualına cavab verib. Peskov, eyni zamanda qeyd edib ki, Kreml prezidentin Kremldə akkreditə olunmuş jurnalistlərlə söhbət etmək imkanı tapacağına ümid edir. "Necə ki, əslində o bunu müntəzəm olaraq, o cümlədən, xarici səfərlər zamanı edir", - deyə o əlavə edib.
Daha əvvəl Peskov, Putinin ənənəvi böyük mətbuat konfransının tarixinin prezidentin Federal Məclisə göndərdiyi mesaj üçün son tarixlər müəyyən edildikdən sonra müəyyənləşəcəyini bildirib.