BAKI, 12 dekabr — Sputnik. ABŞ-ın Kiyevi hər hansı bir sülh danışıqlarına təşviq etməsi barədə heç nə məlum deyil. Onlardan ən yüksək səviyyədə danışmaq üçün heç bir sorğu olmayıb.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Kansler Şolts ilə keçən həftə söhbətimiz oldu. ABŞ-ın Zelenskini sülh danışıqlarına təşviq etdiyi barədə heç bir məlumatımız yoxdur. Ancaq heç bir sorğu da olmayıb," – deyə Peskov jurnalistlərə Rusiya Federasiyasının prezidenti ilə Almaniya və ya ABŞ tərəfindən telefon danışıqlarına dair sorğuların olub - olmaması ilə bağlı sualı cavablandırarkən bildirib.